“Azərekspresspoçt” yüksək xidmət səviyyəsinə görə iki nüfuzlu EMS mükafatına layiq görülüb

Azərbaycanın aparıcı ekspress çatdırılma və logistika xidmətləri təminatçısı olan “Azərekspresspoçt” EMS Kooperativi tərəfindən EMS Kooperativi üzrə gümüş səviyyəli performans və EMS Kooperativi üzrə müştəri xidmətləri mükafatlarına layiq görülüb.

Azərekspresspoçt

01 may 2025

EMS Kooperativi üzrə gümüş səviyyəli performans mükafatı yalnız etibarlılıq, sürət və göndərişlərin izlənməsi kimi əsas göstəricilər üzrə yüksək nəticələr əldə edən poçt operatorlarına verilir. 2024-cü il üzrə EMS illik hesabatının nəticələrinə əsasən “Azərekspresspoçt” bu yüksək səviyyəyə nail olaraq ən yaxşı EMS operatorları sırasına daxil olub.

Bundan əlavə, şirkət EMS Kooperativi üzrə 2024-cü il müştəri xidmətləri mükafatına da layiq görülüb. Bu mükafat “Azərekspresspoçt”un beynəlxalq sorğular üzrə i-Care sistemindən səmərəli istifadəsi və müştəri dəstəyinə göstərdiyi diqqətin nəticəsidir. Bu uğur, şirkətin EMS şəbəkəsində fəaliyyət göstərən qabaqcıl operatorlardan biri olduğunu nümayiş etdirir.

Hər iki mükafatın təqdimat mərasimi 2025-ci il sentyabrın 7-də Dubayda, 28-ci Ümumdünya Poçt Konqresindən öncə keçiriləcək EMS Kooperativi üzrə Fövqəladə Baş Assambleya çərçivəsində baş tutacaq.

Bu mükafatlar yüksək xidmət keyfiyyəti və peşəkar fəaliyyətə daim sadiq qaldığımızı sübut edir. Beynəlxalq standartlara uyğun xidmət göstərmək və biznes tərəfdaşlarımızın etimadını qazanmaq bizim əsas məqsədimizdir. Bu nailiyyətlər “Azərekspresspoçt”u beynəlxalq biznes tərəfdaşları üçün etibarlı və keyfiyyətli logistika həlləri təklif edən lider operator olduğunu bir daha təsdiqləyir.

Digər yeniliklər

01 may 2025

“Azərekspresspoçt” motosiklet parkını genişləndirir

“Azərekspresspoçt” EMS çatdırılma parkına beş yeni motosikletin əlavə olunduğunu elan etməkdən məmnunluq duyur. Bu addım şirkətin xidmət keyfiyyəti və əməliyyat səmərəliliyi sahəsindəki daimi öhdəliyini nümayiş etdirir.