“Azərekspresspoçt” EMS çatdırılma parkına beş yeni motosikletin əlavə olunduğunu elan etməkdən məmnunluq duyur. Bu addım şirkətin xidmət keyfiyyəti və əməliyyat səmərəliliyi sahəsindəki daimi öhdəliyini nümayiş etdirir.
Yeni nəqliyyat vasitələrinə ayrılan investisiyalar, xüsusilə sıx məskunlaşmış şəhər ərazilərində son məsafə və kuryer çatdırılması imkanlarını gücləndirməyə yönəlib. Bu kimi ərazilərdə vaxtında çatdırılma, çeviklik və etibarlılıq mühüm rol oynayır. Motosiklet parkının genişləndirilməsi vasitəsilə “Azərekspresspoçt” çatdırılma marşrutlarını optimallaşdırır və həm fərdi, həm də korporativ müştərilər üçün daha sürətli və operativ xidmət təmin edir.
Bu yenilənmə şirkətin çatdırılma infrastrukturunu daim təkmilləşdirmək və ölkə daxilində, eləcə də beynəlxalq miqyasda izlənilə bilən və vaxtında çatdırılan göndərişlərə olan artan tələbatı qarşılamaq strategiyasının bir hissəsidir. Eyni zamanda, bu təşəbbüs şirkətin EMS üzrə əldə etdiyi son nailiyyətlərlə uyğunluq təşkil edir və “Azəreksprespoçt”un innovasiyalara və beynəlxalq standartlara sadiqliyini nümayiş etdirir.
Hər bir əməliyyat yeniliyi ilə “AzərEkspresPoçt” həm Azərbaycanda, həm də beynəlxalq arenada etibarlı tərəfdaş olduğunu bir daha təsdiqləyir.
Azərbaycanın aparıcı ekspress çatdırılma və logistika xidmətləri təminatçısı olan “Azərekspresspoçt” EMS Kooperativi tərəfindən EMS Kooperativi üzrə gümüş səviyyəli performans və EMS Kooperativi üzrə müştəri xidmətləri mükafatlarına layiq görülüb.
“Qapıdan qəbul” xidmətindən istifadə etdikdə xidmət haqqında 3 AZN əlavə edilir.
Göndərişin məbləği:
~ 0 USD