| 19.01.2012 20 Yanvar - Ümumxalq hüzn günüdür Allah bütün şəhidlərimizə rəhmət eləsin! |
| 18.01.2012 Yeni ildə yeni xidmət "Azərekspresspoçt" 2012-ci ilin ilk günlərindən etibarən ölkə daxilində ÖDƏMƏ ŞƏRTLI yeni EMS xidməti növünün tətbiqinə başlamışdır. Təklif olunan bu xidmət növünün mahiyyəti ondan ibarətdir ki, "Azərekspresspoçt" poçt göndərişi vasitəsilə göndərilən malın pulunu ünvançıdan alaraq göndəriciyə çatdırır. Əlavə məlumat almaq üçün "Azərekspresspoçt"a müraciət edilməsi xahiş olunur. |
| 30.12.2011 "Azərekspresspoçt"un təbriki "Azərekspresspoçt" 31 DEKABR - DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ GÜNÜ VƏ YENİ İL BAYRAMI münasibətilə Azərbaycan xalqını təbrik edir. |
| 19.12.2011 "Azərekspresspoçt" RM-in İŞ-in rəisi Ş.Qədirov "GS1 Azerbaijan" cəmiyyətinin seminar-prezentasiyasında iştirak etmışdir "Azərekspresspoçt" RM-in İŞ-in rəisi Ş.Qədirov "GS1 Azerbaijan" cəmiyyətinin Baş direktoru cənab V.Əliyevin dəvət məktubuna əsasən bu cəmiyyətin 16.12.2011-ci il tarixdə saat 15.00-da "Gazelli evi" kafesində Azərbaycanda GS1 ştrixli kodlaşdırma sisteminə 1000-ci istifadəçinin daxil olması ilə əlaqədar təşkil etdiyi seminar-prezentasiyada iştirak etmışdir. Tədbiri giriş sözü ilə cənab V.Əliyev açaraq dəvət olunmuş qonaqları salamlamış və onları bir-bir iştirakçılara təqdim etmişdir. Sonra o, GS1 haqqında məlumat verərək bildirmişdir ki, bu sistem (Global Standard 1) könüllü qeyri-kommersiya xarakterli beynəlxalq assosiasiyadır, GS1 regional səviyyədə bu sistemi təqdim edən və "GS1" əmtəə nişanından istifadəyə müstəsna hüququ olan milli təşkilatlardan ibarətdir. Ümumi adla vahid və həqiqətən qlobal təşkilat yaratmaq üçün "GS1" brendi 2005-ci ildə təsdiq olunmuşdur. Bu gün GS1 assosiasiyası dünyanın 108 ölkəsində milli təşkilatlar tərəfindən təqdim olunur. Azərbaycanda GS1 sisteminin idarə olunmasını yalnız "GS1 Azerbaijan" cəmiyyəti həyata keçirir ki, o da əmtəə və xidmət istehsalçıları üçün ştrix kod nömrələri verir. "GS1 Azerbaijan" cəmiyyəti tərəfindən istehsalçı şirkətlərə verilən strix kod nomrələri 476 rəqəmləri ilə başlayır. Daha sonra cənab V.Əliyev əlkəmizdə və xaricdə əmtəə ştrixli kodların və avtomatik identifikasiya texnologiyalarının istifadə edilməsi təcrübəsi haqqında danışmış, bunlarla əlaqədar müxtəlif və çox maraqlı prezentasiyalar və videomateriallar nümayiş olunmuşdur. Tədbirin sonunda seminar-prezentasiya iştirakçılarına dostluq şam yeməyi verilmişdir |